İlk insanın kosmosa uçuşuna ithaf etdiyimiz sənət, texnologiya və kosmos mövzularını əhatə edən #KosmosUçuşİnsan seriyasının sonuncu, #KosmikSöhbətlər podkastının isə ilk hissəsində həmsöhbətim Mais İsgəndərovla insanların kosmosa uçuş xəyallarının necə reala çevrildiyinə, kosmosun öyrənilməsi və araşdırılmasının önəminə, qısaca, kosmonavtika elminə baxış atmışıq.
Qısa tanışlıq. Mais İsgəndərov Milli Aviasiya Akademiyasının uçuş aparatları və aviasiya mühərrikləri kafedrasının dosentidir, bir zamanlar da mənim müəllimim olmuşdur. Söhbətimizdə həm mənim, həm də Mais müəllimin tələbəlik xatirələrindən də bolca söz açmışıq.